BMT: Mərkəzi Afrika Respublikasında silahlıların hücumu zamanı 30-a yaxın dinc sakin öldürülüb

Mərkəzi Afrika Respublikasının Banqasu şəhərində silahlıların hücumu zamanı 30-a yaxın dinc sakin öldürüldüyü ehtimal edilir.

 Ictimaifikir.az  xəbər verir ki, bu barədə "Reuters" BMT-nin bu ölkədəki missiyasının (MINUSCA) rəhbərinə istinadən xəbər verib.

"Biz tezliklə zorakılıq nəticəsində öldürülənlərin sayına dair dəqiq məlumat verəcəyik. Lakin məlumdur ki, söhbət 20-30 qurbandan gedir" – deyə BMT-nin sülh missiyasının rəhbəri Parfe Onanqa Anyanga bildirib.

Missiya bundan əvvəl üsyançıların hücumu nəticəsində Mərakeşdən olan bir sülhməramlının Mərkəzi Afrika Respublikasının cənub-şərqindəki Banqasu şəhərində həlak olduğunu xəbər verib.




[email protected]