Bakıda dilənçi bir qrup şəxs tərəfindən döyülüb

Bakının Suraxanı rayonu ərazisində döyülmə hadisəsi baş verib.

 İctimaifikir.az "Report"-a istinadən xəbər verir ki, Heydər parkı yaxınlığında dilənçiliklə məşğul olan 2001-ci il təvəllüdlü Salmanov Sabir Qəhrəman oğlu bir qrup şəxs tərəfindən döyülərək xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Zərərçəkmiş ilkin ifadə zamanı bildirib ki, o, park yaxınlığında fəaliyyət göstərən kafenin 6 əməkdaşı tərəfindən döyülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.




[email protected]