Bakı sakini özünü 16-cı mərtəbədən atıb

Bakıda intihar hadisəsi baş verib.

 Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Telnov küçəsi ev 2347/48, mənzil 918 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Elgün Xalid oğlu Əsədov yaşadığı binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

Polisdən həmçinin bildirilib ki, E. Əsədov Dövlət Neft Şirkətinin Neft-Qaz Tikinti Trestində quraşdırıcı işləyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.




[email protected]