Əsəd Suriyadakı müharibəni SSRİ-nin faşizmə qarşı mübarizəsi ilə müqayisə edib

Suriya prezidenti Bəşər Əsəd ölkə xalqının terrorçularla müharibəsini Sovet İttifaqının Böyük Vətən müharibəsi illərində faşizmə qarşı mübarizəsi ilə müqayisə edib.

İctimaifikir.az "Report"-a istinadən xəbər verir ki, bunu o, Qələbə günü Belarus televiziyasına müsahibəsində bildirib. Veriliş cümə axşamı efirə gedib.

"Sizin xalqınızın o zaman apardığı müharibə bizim xalqın bu gün apardığı müharibə ilə eynidir. Fərq yalnız onların adlarında və müxtəlif vasitələrdədir, lakin məzmun eynidir", - deyə Əsəd bildirib.




[email protected]