Türkiyədə iki ailə arasında baş verən davada 11 nəfər yaralanıb.
İctimaifikir.az -ın Musavat.com-a istinadən məlumatına görə, hadisə Şırnak rayonunun Yeni Məhəllə səmtində baş verib. Məlumata əsasən, uşaqlar arasında baş verən mübahisəyə ailələr də qoşulub. Nəticədə mübahisə daşlı-sopalı davaya çevrilib.
Polisin müdaxiləsindən sonra dava səngiyib. Yaralılar xəstəxanaya çatdırılıb.