Rusiyada polis postuna hücum olub, iki nəfər ölüb, bir polis əməkdaşı yaralanıb

Rusiyanın İnquşetiya Respublikasının Malqobes rayonunda polis postuna hücum edən iki nəfər öldürülüb.

İctimaifikir.az "Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, mayın 12-də gecə saatlarında naməlum şəxslər Rusiya Daxili İşlər Nazirliyinin Malqobes nəzarət-buraxılış postunu atəşə tutub. Atışma nəticəsində basqın edən iki nəfər öldürülüb, bir polis baş çavuşu isə yaralanıb.
Məlumata görə, hadisə yerində araşdırma aparılır, hücum edənlərin kimliyi müəyyənləşdirilir.




[email protected]