"Çox istərdim ki, Çempionlar Liqasını "Yuventus" qazansın"

Bolqarıstan futbolunun canlı əfsanəsi Xristo Stoiçkov Çempionlar Liqası haqda danışıb. 

"Çox istərdim ki, Çempionlar Liqasını "Yuventus" qazansın"

İctimaifikir.az qol.az-a istinadən xəbər verir ki, ötənlərin məşhur hücumçusu ÇL-i "Yuventus"un qazanmasını istəyir:

"Çox istərdim ki, Çempionlar Liqasını "Yuventus" qazansın. Başqa nəticəni təsəvvür belə edə bilmirəm".

Stoiçkov sabah ÇL-də baş tutacaq "Atletiko" - "Real" qarşıdurmasından da söz açıb:  

 

"O ki qaldı Madrid derbisinə, həyatda hər şey mümkündür. "Barselona" ilk görüşdə PSJ-yə 0:4 hesabı ilə uduzduqdan sonra insanların 99,9 faizi cütün taleyinin həll olunduğunu düşünürdülər. Lakin möcüzə baş verdi. 

"Real" ilk oyundan sonra böyük üstünlük qazanıb. Bununla belə, "Atletiko"nu hesabdan silmək olmaz".




[email protected]