Gürcüstan vətəndaşı Bakıda qəza törətdi: xəsarət alan var - YENİLƏNİB

10:40

Bakı-Qazax şosesində 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Gürcüstan vətəndaşı Bakıda qəza törətdi: xəsarət alan var - YENİLƏNİB

İctimaifikir.az report-a istinadən xəbər verir ki, hadisə şosenin Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Abuladze Malkoz Şotayeviçin idarə etdiyi Gürcüstan dövlət qeydiyyat nişanlı "DAF" markalı yük avtomobili İlham Fətiyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə "DAF" markalı yük avtomobilinin sürücüsü Malkoz Abuladze hər iki ayağından ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində "KamAZ" markalı avtomobilindəki qum yola dağılıb və avtomobillərin hərəkətində problemlər yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib, yolda nəqliyyat vasitələrinin hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənib.  

İlkin ehtimala görə, hadisəyə səbəb M. Abuladzenin sərxoş olmasıdır. Fakt Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırılır.

 

-----------

08:23

Bakı-Qazax magistral avtomobil yolunun təqribən 10-cu kilometrliyində Qaradağ rayonu ərazisində "DAF" markalı yük avtomobili ilə "Kamaz" markalı yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 23:49-da başa çatıb.




[email protected]