Buffondan yubiley

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Yuventus" "Monako" ilə qarşılaşıb.

Buffondan yubiley

İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, matça start heyətində başlayan turinlilərin qapıçısı Canluici Buffon üçün bu qarşılaşma qitənin ən nüfuzlu klub turnirində 100-cü olub.

"Qoca sinyora"nın əfsanəvi "çərçivə qoruyucusu" klubun heyətində bu göstəriciyə çatan ilk oyunçu olub.
 
Bir komandanın heyətində ən çox ÇL matçına çıxan oyunçu "Barselona"lı Xavi, ümumiyyətlə, isə ən çox ÇL matçı oynamış oyunçu "Real" və "Porto"nun qapıçısı İker Kasilyasdı - 164 oyun.




[email protected]