Madridin "Real" klubu ciddi itki ilə üzləşib.
İctimaifkir.az qol.az-a istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Daniel Karvahalzədələnib.
Çempionlar Liqasının yarımfinal mərhələsinin "Atletiko" il ilk oyununda zədə alan müdafiəçinin 3-4 həftə meydana çıxa bilməyəcəyi məlum olub.
Bu isə o deməkdir ki, 25 yaşlı futbolçu "Atletiko" ilə cavab matçını və La Liqada mövsümün son oyunlarını buraxacaq.