Ermənistanda daha bir hərbi hissədə maxinasiya: saxlanılan var

Ermənistanın hüquq-mühafizə orqanları daha bir hərbi hissədə fırıldaqları araşdırır.

Ermənistanda daha bir hərbi hissədə maxinasiya: saxlanılan var

İctimaifikir.az Milli.Az-a istinadən xəbər verir ki, "N" saylı hərbi hisssənin arxa cəbhə üzrə komandir müaviniVigen Petrosyan və ərzaq xidmətinin rəisi Eduard Aleksanyan "Avanqard" MMC-nin baş mütəxəssisi Karen Qriqoryanla birlikdə təxminən 3 milyon drama yaxın pulu mənimsəməkdə təqsirləndirilərək müttəhimlər kürsüsündə əyləşiblər.

İstintaq zamanı məlum olub ki, Vigen Petrosyan Karen Qriqoryanla və Eduard Aleksanyanla əlbir olaraq, dövlətə 2 mln. 799 min dram məbləğində maddi ziyan vurub.

 

Vigen Petrosyan həbs edilib. Digər iki nəfərdən isə başqa yerə getməmək haqqında iltizam alınıb.




[email protected]