Tanınmış rusiyalı politoloq İsmayıllının İvanovka kəndinə səfər edib

Mayın 3-də Rusiyanın tanınmış politoloqu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksandr Duqin İsmayıllı rayonuna səfər edib.

 
APA-nın yerli bürosunun xəbərinə görə, Aleksandr Duqin İvanovka kəndində yaşayan rusların yaşayış tərzi, adət-ənənələri, məşğuliyyəti, mədəni həyatı ilə maraqlanıb.

Kəndin rəhbər şəxsləri, ağsaqqal və ziyalılar, molokan dini icmasının üzvləri İvanovkada ruslara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, orada mehriban yaşadıqlarını, dini ayinlərin icrasında çətinliklərin yaranmadığını deyiblər. Bildirilib ki, İvanovka kəndi respublikada yeganə kolxoz təsərrüfatıdır. Kolxozun nəzdində günəbaxan yağı, pendir, yağ və qaymaq istehsal edən mini zavodlar, çörək zavodu fəaliyyət göstərir.

Aleksandr Duqin İvanovka kənd tam orta məktəbi, mədəniyyət sarayı ilə tanış olub. Rusiyalı politoloq İvanovka kəndində insanların həyat şəraitini, yaşayış tərzini yüksək qiymətləndirib, kəndin müasir infrastruktura malik olmasını qeyd edib.




[email protected]