Whatsapp bərpa olundu - Yenilənib

Saat: 01:27

Dünyanın bir çox ölkələrində, o cümlədən, Azərbaycanda Whatsapp messencerinin işində fasilə yaranıb.

 

İctimaifikir.az Musavat.com -a istinadən xəbər verir ki, bir saatdan artıqdır istifadəçilər messencerdən istifadə edə bilmirlər. Bu ana qədər ismarış yollamaq və almaq mümkün deyil.

 

Qeyd edək ki, Whatsapp 2.17.163 beta-versiyasını bir neçə gündür test edir. Yeni versiyada çatların lap yuxarıda sancaqlanması funksiyası istifadəyə verilməlidir. İstifadəçilər istədikləri üç çatı proqram pəncərəsinin yuxarı hissəsinə sancaqlaya biləcəklər. Whatsapp-da yaranmış problemin aparılan testlə bağlı ola biləcəyi ehtimal edilir. Hələlik problemin səbəbi və nə vaxta qədər davam edəcəyi rəsmən açıqlanmayıb.

 ***

saat: 02:40

P.S. Musavat.com bildirir ki, saatlar sonra, Bakı vaxtı ilə gecə 02.30 radələrində WhatsApp öz funksiyalarını bərpa etdi.

 

Əlavə məlumat veriləcək.




[email protected]