Çərşənbə günü Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb.
İctimaifikir.az "Report"-a istinadən xəbər verir ki, terrorçu-kamikadze NATO-nun hərbi karvanının yaxınlığında özünü partladıb.
"Reuters"in məlumatına görə, partlayış yerinin bilavasitə yaxınlığında ABŞ səfirliyi və NATO-nun "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının qərargahı yerləşir.
Ölənlərin əcnəbi hərbçilər olub-olmaması ilə bağlı məlumat yoxdur.