Türkiyənin Van əyalətində daha bir zəlzələ baş verib.

İctimaifikir.az-ın Trend-ə istinadən məlumatına görə, 4,1 bal gücündə olan zəlzələnin episentri Gevaş rayonunda, ocağı isə 13,56 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.