Karakasda baş verən iğtişaşlar nəticəsində 37 nəfər xəsarət alıb
Venesuelanın paytaxtı Karakas şəhərində növbəti etiraz aksiyası iğtişaşlarla nəticələnib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, mayın 1-də baş verən toqquşmalarda 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Çakao bələdiyyəsinin rəhbəri Ramon Muçaço toqquşmalar zamanı 3 nəfərin güllə yarası aldığını bildirib.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Ölkədə hökumətə qarşı etirazlar başlanandan 1600-ə yaxın insan saxlanılıb. Son dörd həftə ərzində Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb, yüzlərlə insan yaralanıb.
[email protected]