Fransanın paytaxtı Parisdə keçirilən 1 May nümayişi zamanı 6 polis əməkdaşı xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə Fransa Daxili işlər nazirliyinin açıqlamasında bildirilir. Məlumata əsasən, ağır yaralanan iki asayiş keşikçisi xəstəxanaya yerləşdirilib. Nümayiş zamanı qeyri-qanuni odlu silah gəzdirən və polisə tabe olmayan 5 nəfər saxlanılıb.
Qeyd edək ki, Parisdə ənənəvi 1 May Beynəlxalq Əmək Gününə həsr edilən nümayiş bir neçə həmkarlar ittifaqı tərəfindən təşkil edilib.