İŞİD Əfqanıstanda talibançıların düşərgəsinə hücum edib: 31 nəfər öldürülüb

İŞİD terror qruplaşmasının silahlıları Əfqanıstanda "Taliban" döyüşçülərinin düşərgəsinə hücum edib.

İctimaifikir.az "Report"-a istinadən xəbər verir ki, hadisə ölkənin şərqindəki Nanqarhar vilayətinin Çaparhar rayonunda baş verib. Nanqarhar vilayəti administrasiyasının təmsilçisi Ataulla Hoqyani agentliyə bildirib ki, döyüş nəticəsində 21 "taliban"çı və 7 İŞİD döyüşçüsü öldürülüb. Bundan əlavə, silahlı qarşıdurma zamanı həmçinin iki dinc sakin də həlak olub, daha 5 nəfər isə yaralanıb.

Xatırladaq ki, 5 gün bundan əvvəl Cauzdan vilayətinin Derzab rayonunda iki qruplaşma arasında baş vermiş silahlı qarşıdurmada 76 "taliban"çı və 15 İŞİD terrorçusu öldürülüb.





[email protected]