Bakı sakinləri daha çox hansı şirniyyatları sevirlər - SORĞU

Şirniyyat əksər Bakı sakininin süfrəsinin və rasionunun ayrılmaz hissəsidir. Bəs, görəsən, paytaxt sakinləri hansı şirniyyatlardan daha çox istifadə edir?

Bakı sakinləri daha çox hansı şirniyyatları sevirlər - SORĞU

İctimaifikir.az "ACT Azərbaycan"nın apardığı sorğunun nəticələrini təqdim edir.

Sorğu nəticəsində məlum oldu ki, Bakı əhli dilinə şirinlik qatmaq üçün bir ay ərzində, əsasən, tortlardan (64 %) və bişmələrdən (64 %) istifadə edir. Pirojna (57 %) və  kekslərdən ( 57 %) istifadə edənlər də yetəri qədərdir. Nisbətən az maraq çəkənlər isə milli və şərq şirniyyatlarıdır  (47 %). 

Şəhər sakinlərinin şirniyyata olan marağını nəzərə alıb respondentlərin bu şirniyyatları mağazadan hazır şəkildə almaları, yoxsa evdə bişirmələri ilə maraqlandıq. Məlum oldu ki, fikri soruşulanların yarıdan çoxu tortu (52 %), pirojnani (47 %), milli və şərq şirniyyatı (43 %), keksləri (46 %) həm evdə hazırlayır, həm də hazır şəkildə mağazadan alırlar. Bişmə sevənlər isə onu ancaq hazır şəkildə mağazadan almağa üstünlük verirlər (43 %).

 

Sorğu 24 dekabr - 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.




[email protected]