Türkiyə Rusiyadan S-400 zenit-raket sistemləri alacaq.
İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlubildirib.
Nazir tərəflərin prinsipcə razılaşdığını vurğulayıb:
"Hazırda birgə istehsal, qiymət məsələlərini müzakirə edirik. Zenit-raket sistemlərini NATO ölkələrindən almaq istərdik. Amma bu məsələdə maraqlı olmadılar".