Messi: "Forma dəyişməyi yalnız Zidandan istəmişəm"

"Barselona"nın canlı əfsanəsi Lionel Messi karyerasında cəmi bir dəfə forma dəyişdirmək barədə xahiş etdiyi futbolçunun adını açıqlayıb.

Messi: "Forma dəyişməyi yalnız Zidandan istəmişəm"

İctimaifikir.az goal.az-a istinadən xəbər verir ki, ölkəsinin mətbuatına açıqlamasında argentinalı ulduz bunları deyib:

"Mən başqa futbolçularla forma dəyişməyə can atan adam deyiləm. Bu barədə yeganə olaraq Zidanda xahiş etmişəm. Quti iki dəfə mənimlə forma dəyişib. Bir dəfə "Camp Nou"da, digəri "Santiago Bernabeu"da. Kimsə istəyəndə formamı onunla dəyişirəm. Olmursa, özüm kimisə axtarmıram".




[email protected]