Macarıstan Azərbaycana 100 min avro ayırdı

Macarıstan hökuməti ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl ətrafının partlamamış hərbi sursatlardan təmizlənməsi" layihəsi çərçivəsində 100 min avro ayırıb.

Macarıstan Azərbaycana 100 min avro ayırdı

İctimaifikir.az xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ödəniş NATO Dəstək Agentliyinin hesabına edilib. NATO-nun mənzil-qərargahında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin iclasında Türkiyə "Ceyrançöl təmizləmə layihəsi"nin 3-cü mərhələsinin lider ölkəsi kimi, Azərbaycan isə alıcı ölkə kimi Macarıstan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, cari ilin yanvarından Macarıstan səfirliyi NATO-nun Bakıdakı nümayəndəliyinin əlaqələndiricisidir.




[email protected]