Güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhəri, Nəriman küçəsində yerləşən 74 saylı 5 mərtəbəli yaşayış binasının damını külək uçurub. Hadisə zamanı xəsarət alan olmayıb.
Güclü külək nəticəsində rayonun elektrik təsərrüfatına da ziyan dəyib, bəzi ərazilərdə ağaclar aşıb.