Türkiyə kubokunda inanılmaz geri dönüş

Türkiyə kubokunda ikinci yarımfinal oyunu keçirilib.

 İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, həlledici mərhələyə gedən ikinci qarşılaşmada "Kasımpaşa" "Konyaspor"u qəbul edib.

Konyalılar ilk hissədə 2:0 önə keçsə də, bu üstünlüyünü qoruyub saxlaya bilməyiblər.
 
Sona 8 dəqiqə qalmış isə "Kasımpaşa" "ayılıb". Ardıcıl qollar vuran meydan sahibləri qələbəni bayram ediblər - 3:2. 
 
Qeyd edək ki, digər yarımfinal oyununda "Başakşəhər" evdə "Fənərbaxça" ilə bərabərə qalmışdı - 2:2.
 
Türkiyə kuboku
Yarımfinal, ilk oyun
27 aprel
 
"Kasımpaşa" - "Konyaspor" - 3:2
Qollar: Pavelka, 82, Adem Büyük, 85, Eduok, 86 - Hacıahmetoviç, 17, Bajiç, 45




[email protected]