Ermənistan demokratiya səviyyəsinə görə Afrika ölkələri ilə bir sıradadır.
İctimaifikir.az azvision.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq "Economist Intelligence Unit" və "Freedom House" təşkilatlarının demokratiya və azadlıq səviyyəsinə görə hazırladığı hesabat göstərir.
Ermənistan siyahıda Nigeriya, Mavritaniya, Küveyt, Honduras, Tanzaniya və Nikaraqua ilə yanaşı avtoritar ölkələrin qrup sırasında yer alıb.
Təqdim etdiymiz videoda 2014-cü ildə 52, 2015-ci ildə 380, 2016-cı ildə 900-dən çox Ermənistan vətəndaşının dinc nümayiş və yürüşlər zamanı polis zorakılığına məruz qalması, o cümlədən bu ölkədə demokratiyanın azalma səbəbləri əks olunub.
Milli.Az