Ermənilər ona görə başqa müğənnilərin, dəqiq desək, dırnaqarası müğənnilərin İnstaqram səhifəsinə yox, mənim səhifəmə hücüm edib ki, izləyicilərim digərlərindən fərqli olaraq, saxta deyil.
Bu sözləri "Avroviziya” yarışmasında 2011-ci ildə qalib olan müğənni Eldar Qasımov ermənilər tərəfindən İnstaqram səhifəsinə olan hücüm haqda Kult.az-a danışarkən deyib. O, heç bir izləyicisinin saxta olmadığını bildirib:

"Məni bütün Avropadan izləyirlər. Buna görə də ermənilərə mənim səhifəmi ələ keçirmək maraqlı idi”.
Qeyd edək ki, bir müddət əvvəl Eldar Qasımovun rəsmi İnstaqram səhifəsi erməni xakerlər tərəfindən ələ keçirilmişdi.