8 yaşlı qız nəzarətsiz qalan bağçada 1 yaşlı oğlanı öldürməkdə şübhəli bilinir.
İctimaifikir.az Milli.Az-a istinadla bildirir ki, hadisə Amerikanın Miçiqan ştatında baş verib.
Miçiqanın Muskeqon şəhərinin polis məmuru 1 yaşlı Korey Braunun ölümü ilə bağlı araşdırma apararkən jurnalistlərə müsahibəsi zamanı bildirib ki, bu, onun üzləşdiyi ən dəhşətli cinayətlərdən biridir.
Koreyin anası Bryanna Riznovır günün çox hissəsini işdə keçirdiyinə görə övladlarına baxa bilmirdi. O, bu səbəbdən 1 yaşlı oğlu Koreyi və digər 3 uşağını "Keysha Keeper Daycare" bağçasına yazdırıb.
Cümə günü səhər 6:15-də polisə və xəstəxana işçilərinə 1 yaşlı uşağın hərəkətsiz olması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal polislər və həkimlər gəliblər. O, saat 8-də dünyasını dəyişib.
Polisin dediyinə görə, onun ölüm səbəbi hələlik məlum deyil. Onlar bədbəxt hadisənin uşağın 8 yaşlı qız ilə birlikdə qaldığı əsnada baş verdiyini düşünürlər.
Ehtimallara görə, 1 yaşlı oğlanın ağlaması 8 yaşlı qızı qıcıqlandırıb və o, Koreyi öldürüb.
Hadisə ilə bağlı araşdırma aparılır.