Türkiyədə fabrik yataqxanası yanıb

Türkiyənin Kartepe rayonunda kərpic fabrikinin yataqxanası yanıb.

 Musavat.com-un məlumatına görə, işçilərin və ailələrinin qaldığı ikimərtəbəli yataqxananın damı birdən alışmağa başlayıb. Yanğını görənlər hadisə yerinə dərhal yanğınsöndürən çağırıblar. Yanğınsöndürənlərin müdaxiləsindən sonra alovu ram etmək mümkün olub. Hadisədə ölən və yaralanan olmayıb.

 

Təxminən 100 nəfərin yaşadığı binaya maddi ziyan dəyib.




[email protected]