Türkiyənin Muğla əyalətində zəlzələ olub.

Musavat.com-un məlumatına görə, Zəlzələnin gücü Rixter Şkalası üzrə 5 bal olub. Bu barədə Boğaziçi Universitetinin Kandilli Rəsədxanaslından məlumat verilib. Məlumatda bildirilir ki, yeraltı təkanların episentri Ula rayonu, zəlzələnin ocağı 5 km dərinlikdə olub.
Muğla əyalətinin bütün rayonlarında hiss edilən zəlzələ sakinlərin narahatlığına səbəb olub və sakinlər evlərini qısa müddətli tərk edib. Dağıntı və tələfat haqqında məlumat verilməyib.