ABŞ-dan Suriya açıqlaması: Bu savaşı bitirməyə hazırıq

Gözümüz Bəşər Əsədin üzərindədir.

İctimaifikir.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib. "Əsəd rejimi dünyanın ən qorxunc silahları ilə Suriyada terror saçır. Kimyəvi silahları istifadə edənlərin cəzasız qalması ilə barışa bilmərik. Rejimin təxribatlarını diqqətli şəkildə izləyirik. Bu müharibəni bitirməyə hazırıq”, - diplomat bildirib. O, Rusiya, İran və Hizbullahın da Əsədin barbarlığına dəstək verdiyini də vurğulayıb:

"Rusiya özünü beynəlxalq toplumdan izolyasiya edərək, Əsədə dəstək verməyə davam edir. Moskva siyasi prosesi dəstəkləyirsə, öhdəlikləri yerinə yetirməlidir. İran isə Suriyada yanğını daha da məşğuldur”.




[email protected]