Ronaldodan növbəti rekord - FOTO

"Real Madrid"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb.

Ronaldodan növbəti rekord - FOTO

İctimaifikir.az Trend-ə istinadən bildirir ki, portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının 1/4 finalının "Bavariya" ilə ilk oyununda gerçəkləşdirib.

Belə ki, 32 yaşlı hücumçu görüşdə dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bunu isə hələ ki, heç kim bacarmayıb. 98 dəfə ÇL-də fərqlənən Kriştianu 2 dəfə UEFA superkubokunda qol vurub.

 

Qeyd edək ki, Ronaldu ÇL-də son qolunu ötən ilin sentyabrında Dortmund "Borussiya"sına vurmuşdu.




[email protected]