Filip Lam "Bavariya"nın yeni rekordçusu olub.
İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real" qarşısında matça start heyətində başlayan və 90 dəqiqə meydanda olan müdafiəçi münhenlilərin heyətində 104-cü dəfə ÇL görüşünə çıxıb.
O, bu göstərici ilə əfsanəvi Oliver Kanı geridə qoyub.
Üçüncü yerdə isə 89 oyunla Bastian Şvaynştayger qərarlaşıb.