ABŞ prezidenti Donald Tramp Koreya sularına göndərdiyi "Karl Vinson” təyyarədaşıyan gəminin rəhbərliyinə hərbi hazırlıq əmri verib.

İctimaifikir.az Axar.az-a istinadən xəbər verir ki, bunu Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Harmond Makmaster deyib. Onun sözlərinə görə Tramp bu addımı təhlükəsizlik işlərinin möhkəmləndirilməsi üçün atıb:
"Tramp ABŞ və onun müttəfiqlərini qorumaq üçün hərbi hazırlıq əmrini verdi. Əmrə əsasən, baş verə biləcək istənilən təhlükəyə qarşı diqqətli olmalıyıq”.