Yeni savaşa hazırlıq başlandı?

Rusiya və İran Qərbə xəbərdarlıq edərək bildirblər ki, əgər ABŞ Suriyada "qırmızı xətt"i keçərsə, qlobal miqyasda hərbi əməliyyatlar başlana bilər.

Yeni savaşa hazırlıq başlandı?

Bu, faktiki olaraq savaş elanı xəbərdarlığı da sayıla bilər.

Suriya ilə bağlı vəziyyətdə Rusiya uduzmağa başlayıb. Hər halda Moskva Qərblə informasiya savaşında mövqelərini dalbadal itirməkdədir.

Son hadisələr də bunu göstərir.

ABŞ prezidenti Donald Tramp Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür. Səbəb Moskva ilə Tehranın Suriya prezidenti Bəşər Əsədi dəstəkləməsidir.

Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli CNN-ə verdiyi müsahibəsində deyib.

Milli.Az bildirir ki, Heylinin sözlərinə görə, Tramp bu məsələni artıq prezident administrasiyasının nümayəndələri ilə müzakirə edir.

"Bəşər Əsəd hakimiyyətdə qaldıqca Suriyadakı münaqişənin siyasi çözümü mümkün deyil. ABŞ-ın Suriyayaya raket zərbələrinə gəldikdə isə, yeni zərbələr endirməyə hazırıq. Amma ümid edirəm ki, belə zərurət yaranmayacaq", - Heyli deyib.

Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu isə TRT Haber-in efirində deyib: "Əsəd və onun administrasiyası getməlidir. Türkiyə Suriyada atəşkəsin tərəfdarıdır. Lakin Bəşər Əsədin Suriyanın dövlət başçısı postunda qalması ilə bağlı israrlarından Rusiya əl çəkməlidir".

ABŞ-ın dövlət katibi, gələn həftə Rusiyaya yollanaraq həmkarı Sergey Lavrov ilə danışıqlar aparacaq Reks Tillerson bir qədər mülayim danışıb. O, CBS-yə verdiyi müsahibəsində bildirib ki, İŞİD-in məhv olunması ən başlıca prioritetdir: "Yalnız bundan sonra bütün diqqəti Suriyadakı vəziyyətin stabilləşdirilməsinə yönəldə bilərik".

Amerikalı həmkarından fərqli olaraq, Britaniya forin-offisinin rəhbəri Boris Conson emosional və çılğın davranıb.

Suriyanın İdlib vilayətindəki Xan Şeyhun şəhərinə kimyəvi-zəhərləyici maddələrlə dolu bombaların atılmasını, sonra da ABŞ-ın 6-cı donanmasının Aralıq Dənizindəki iki gəmisindən Suriyadakı Şayrat aviabazasına 59 Tomahawk raketinin atılimasını B.Conson Rusiyaya səfərini təxirə salmaq üçün yetərli səbəb sayıb.

Bununla da rəsmi London Moskva ilə münasibətlərini maksimal dərəcədə sərtləşdirməkdən çəkinmədiyini göstərib.

Boris Conson isə Rusiya prezidenti Vladimir Putinə həddən ziyadə mənfi münasibəti ilə tanınır.

Di gəl, ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsindən və ölkə daxilində parlamentin Rusiya ilə münasibətlərin kritik həddə çatması barədə hesabatı dərc etməsindən sonra Boris Conson geri çəkilmiş, 2014-cü ildəki olaylardan sonra Rusiya ilə pisləşmiş münasibətlərin bərpasına başladığını demişdi. Moskvaya səfər də həmin "bərpa prosesi"nin önəmli mərhələsi olmalıydı.

 

Fəqət, cümə günü ABŞ-ın Suriyanı vurması B.Consonun rahat davranmasına səbəb olub və o, aprelin 10-u üçün nəzərdə tutulmuş Moskva səfərini təxirə salıb.

Moskvanın cavabı sərt olub. Rusiya XİN-i B.Consonun demarşı ilə bağlı xüsusi bəyanat yayıb.

Sənəddə deyilir: "Baş verənlər Suriyadakı proseslərin, bu böhranı həll etmək üçün Rusiyanın səylərinin, habelə diplomatiyanın prinsip etibarilə təyinatından fundamental bixəbərliyini göstərir. Boris Consonun Moskvaya səfərinin ləğvi britaniyalılarla danışıqlardan hansısa əlavə dəyərin əldə edilməsi ilə bağlı şübhələri bir daha təsdiqləyir. Britaniyalılar çağdaş dünyanın aktual problemlərinin tam əksəriyyəti ilə bağlı müstəqil möqeyə və dünyadakı proseslərin gedişatına real təsirə malik olmayaraq strateji tərəfdaşlarının kölgəsində qalırlar. Hesab edirik ki, Londonla dialoq onunla müqayisədə bizə daha çox gərək deyil".

Boris Conson, hələ ki, susur. Onun əvəzinə Britaniyanın müdafiə naziri Maykl Fellon danışıb. M.Fellonun sözlərinə görə, Suriyanın İdlib vilayətində 70-dən artıq insanın kimyəvi silah tətbiqi nəticəsində ölməsinə görə Rusiya da məsuliyyət daşıyır.

Onu da deyək ki, Rusiya və Türkiyə arasında münasibətlərin normallaşmağa başlaması səbəbindən Moskva Suriyada Əsəd rejiminin saxlanması ilə bağlı mövqelərinə çeviklik elementləri gətirib. Bu da Suriyadakı münaqişənin çözülməsi yollarının aranması ilə bağlı Astanada keçirilmiş beynəlxalq konfransda "ağrılı yerlər"dən birinə çevrilmişdi.

Dəməşqin ən yaxın müttəfiqi Tehran indi Moskvanın davranışlarından çox narazıdır.

İran prezidenti Həsən Ruhani dünən Suriyanın dövlət başçısı Bəşər Əsədlə telefon danışığında Dəməşqi dəstəkləyib, ABŞ-ın raket zərbələrini qətiyyətlə pisləyib.

Ad və soyadı açıqlanmayan rusiyalı generalın bəyanatını ABŞ və Britaniya mediası yayıb. General deyib: "Bundan belə Suriyada "qırmızı xət"lərin pozulmasına çox sərt reaksiya verəcəyik, ABŞ da bizim belə reaksiya qabiliyyətimizin necə olduğunu əla bilir".

Rusiyanın Britaniyadakı səfirliyi isə rəsmi Londonu ələ salmağa başlayıb.

<iframe id="twitter-widget-1" scrolling="no" frameborder="0" allowtransparency="true" allowfullscreen="true" class="twitter-tweet twitter-tweet-rendered" data-tweet-id="851014005451870208" title="Twitter Tweet" style="box-sizing: border-box; max-height: 100000px; outline: none; color: rgb(97, 97, 97); font-family: 'Open Sans', sans-serif; font-size: 17px; line-height: 23px; word-spacing: 0px; position: static; visibility: visible; display: block; width: 500px; height: 397.0833435058594px; padding: 0px; border-style: none; max-width: 100%; min-width: 220px; margin-top: 10px; margin-bottom: 10px;"></iframe>

ABŞ, Kanada, Almaniya, İtaliya, Yaponiya, Fransa və Britaniyadan ibarət "Böyük Yeddiliyin" (G7) Rusiyaya qarşı ultimatum hazırlaması, Birləşmiş Ştatların dövlət katibi Reks Tillersonun da bu ultimatumu Moskvaya çatdırmaq niyyətində olmasından bəhs edən səfirlik Twitter-dəki mikrobloqunda yazıb: "Rusiyaya ultimatum bəyan edilərsə, sizcə, nəticə necə olacaq: klounlar savaşı, muzalar savaşı, adi savaş və ya bütün bunların qarışığı?"

Digər tvitdə isə səfirlik yazıb: "G7-nin Rusiyaya ultimatumu real savaşa səbəb olarsa, sərkərdə qismində Donald Trampa, onun leynenantı təki Boris Consona etibarınız nə qədər olacaq?!"

<iframe id="twitter-widget-2" scrolling="no" frameborder="0" allowtransparency="true" allowfullscreen="true" class="twitter-tweet twitter-tweet-rendered" data-tweet-id="851023355750830081" title="Twitter Tweet" style="box-sizing: border-box; max-height: 100000px; outline: none; color: rgb(97, 97, 97); font-family: 'Open Sans', sans-serif; font-size: 17px; line-height: 23px; word-spacing: 0px; position: static; visibility: visible; display: block; width: 500px; height: 397.0833435058594px; padding: 0px; border-style: none; max-width: 100%; min-width: 220px; margin-top: 10px; margin-bottom: 10px;"></iframe>

Görünən budur ki, Donald Trampın ABŞ-da prezident seçilməsi ilə bağlı Rusiyada yaranan və indiyədək davam edən eyforiyanın sonu çatır.

Moskva indi Vaşinqtonla münasibətlərini faktiki olaraq yenidən qurmalıdır.





[email protected]