Kanadada qar uçqunu nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB

10.04.2017

08:47

Kanadanın Britaniya Kolumbiyası əyalətində qar uçqunu nəticəsində 5 nəfər ölüb.

Kanadada qar uçqunu nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB

İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, xilasedicilərin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 5 turistin meyiti aşkarlanıb.

Hadisə Layons-Bey yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb. Layons-Bey Britaniya Kolumbiyası əyalətinin ən iri şəhəri Vankuverdən 30 km şimal-qərbdə yerləşir.

----------------

 

09.04.2017

20:46

Kanadanın qərbində baş vermiş qar uçqunu nəticəsində 5 nəfər itkin düşüb.

İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, aprelin 8-də 6 turist Harvi dağına yollanıb. Bundan sonra baş verən qar uçqunu nəticəsində onların 5-i itkin düşüb.

Hadisə yerinə xilasedicilər və iki helikopter göndərilib. İtkin düşən turistlərin vətəndaşlığı barədə hələ ki, məlumat verilmir.




[email protected]