Sərxoş vəziyyətdə su əvəzinə səhvən sirkə turşusu içərək zəhərlənib

Tovuz rayon sakini sirkə turşusundan zəhərlənib.

İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Mustafayev Elçin Namizəd oğlu zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının sözlərinə görə, E.Mustafayev sərxoş vəziyyətdə su əvəzinə səhvən sirkə turşusu içərək zəhərlənib.

Sərxoş vəziyyətdə su əvəzinə səhvən sirkə turşusu içərək zəhərlənib


[email protected]