Sabirabadda baş verən yol qəzasında ölən və xəsarət alanın kimliyi məlum olub.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul-Bəhrəmtəpə magistralının 16 -cı kilometrliyində Sabirabad rayonunun Nizami kəndi ərazisində "VAZ 21015" markalı "18 AA 237" dövlət nömrə nişanlı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə sürücü, Şirvan sakini, 1980-ci il təvəllüdlü Musayev Rəşad Arif oğlu hadisə yerində ölüb. "VAZ"-da olan sərnişin, Şirvan sakini, 1984-cü il təvəllüdlü Musayev Elvin Mirzağa oğlu kəllə-beyin travması ilə Şirvan Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Sürücünün avtomobildə sıxılmış meyiti Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanağından Mühafizə xidməti tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarlaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı BDYPİ tərəfindən hadisə yerində araşdırma aparılır.
----------
08.10
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraqm minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1980-cı il təvəllüdlü Musayev Rəşad Arif oğlunun cəsədini çıxarıb vəaidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 02:03-də başa çatıb.