Hüms vilayətinin qubernatoru Talal əl-Bərrazi bildirib ki, ABŞ-ın raket zərbələrinin nəticəsində çox sayda həlak olan və yaralılar var.
İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, qubernator belə bir informasiya ilə "Əl-Mayadin" telekanalında çıxış edib.
O deyib: "Suriyanın mərkəzində Şayrat aerodromuna ABŞ tərəfindən atılan raket zərbələri nəticəsində ölən və yaralananlar var".
Talal əl-Bərrazinin sözlərinə görə, aerodrom ərazisində raket zərbələrindən baş vermiş yanğının söndürülməsi və yaralıların təxliyə edilməsi bir neçə saat çəkib".