Abşeronda YANĞIN: ölən var

Bu gün Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı tikilinin içərisində 1 ədəd yataq dəsti yanıb.

Abşeronda YANĞIN: ölən var

 
İctimaifikir.az FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı tikilinin içərisində şəxsiyyəti məlum olmayan bir kişi cəsədi aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


[email protected]