"Suriyanın bombalanan bazasında kimyəvi silah olub"

ABŞ Müdafiə Nazirliyi raket zərbəsinin endirildiyi Suriya ordusunun aviabazasında kimyəvi silahların saxlanıldığını iddia edir.

"Suriyanın bombalanan bazasında kimyəvi silah olub"

İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devisin bəyanatında bildirilir.
 
"Suriyanın "Şəyrat" aviabazası kimyəvi silahların saxlanılması üçün istifadə edilib. ABŞ kəşfiyyatının məlumatına görə, aprelin 4-də kimyəvi silahlardan istifadə etmiş təyyarələr məhz bu aerodromdan havaya qalxıb. Zərbə kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirilib", - deyə  Ceff Devisin bəyanatında bildirilir.     
 
Qeyd edək ki, prezident Donald Tramp Suriya komandanlığının kimyəvi silahın istifadəsi üçün yararlandığı aerodroma raket zərbəsinin endirilməsinə dair göstəriş verdiyini bildirib.  
 
ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən 59 qanadlı raketin buraxıldığı bildirilir.  




[email protected]