Masallı rayonunun Bədalan kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
İctimaifikir.az report-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü, Tağıyev Rauf Rafiq oğlu yolu keçmək istəyərkən onu maşın vurub.
Nəticədə piyada ağır kəllə-beyin travması alaraq Bakı şəhərində yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Masallı Rayon Polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, zərərçəkən müğənni Baloğlan Əşrəfovun bibisi nəvəsidir.