Qazaxıstanda 4,2 bal gücündə zəlzələ baş verib.
İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Almatı şəhərindən 90 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.