45 yaşlı kişi küçədə güllələndi - Beyləqanda

Beyləqan rayonunda güllələnmə hadisəsi baş verib.

45 yaşlı kişi küçədə güllələndi - Beyləqanda

İctimaifikir.az xəbər verir ki, Beyləqan Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun SMD-4 qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Zalov Malik Əbdülhüseyn oğlu küçədə odlu silahla güllələnib. Yaralı ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1958-ci il təvəllüdlü Mirzəyev Nadir Qəzəb oğlu saxlanılıb.

 

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cintayət işi başlanıb.




[email protected]