Sürücülərin diqqətinə: Bakı Dairəvi yolunda hərəkət məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Sürücülərin diqqətinə: Bakı Dairəvi yolunda hərəkət məhdudlaşdırılır

"Azəravtoyol" ASC-dən   verilən məlumata görə, anoloji işlər bu gün Bakı Dairəvi-1 avtomobil yolunda aparılır. Rənglənmə işləri axşam saatlarınadək başa çatdırılacaq.

"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə olunur.




[email protected]