Naməlum şəxslər hüquq-mühafizə orqanlarının Həştərxanda öldürülmüş iki polis əməkdaşının qatillərinin axtarışı zamanı Rusiya Qvardiyasının 3 əməkdaşına avtomobildən atəş açıblar.
İctimaifikir.az "Report"a istinadən bildirir ki, bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Həştərxanda öldürülmüş polis əməkdaşlarının qatilləri saxlanılması ilə əlaqədar həyata keçirilən operativ-axtarış tədbirləri çərçivəsində şəhərin bir sıra yerlərində polis postları qurulub. Lenin rayonundakı postlardan birində Rusiya Qvardiyasının əməkdaşlarınaa açılmış atəş nəticəsində qvardiyanın 3 əməkdaşı yaralanıb.
İlkin ehtimala görə, hücum edənlər də 3 nəfər olub. Onlardan biri atışma zamanı öldürülüb.
Mənbə həmin şəxslərin polis əməkdaşlarını qətlə yetirmiş qatillər olduğunu istisna etməyib.