İstanbulda polislə atışma: yaralanan var

İstanbulun Maltepe ərazisinin təhlükəsizlik qüvvələri yol kənarında silahla bir-birini hədəf alan iki şəxsin atışmasını görüncə, müdaxilə etmək üçün dayanıb.

İstanbulda polislə atışma: yaralanan var

İctimaifikir.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, avtomobildən enən polislərin xəbərdarlıqlarını nəzərə almayan iki şəxsdən biri əlindəki silahla polisə atəş açıb. 

Polis də ona atəş açana qarşılıq verib. Hadisədə şübhəlilərdən biri yaralanıb. Digər şübhəli isə hadisə yerindən qaçmağı bacarıb.




[email protected]