Şekspir İngiltərə Premyer Liqasının tarixinə düşüb

"Lester Siti" futbol üzrə İngiltərə çempionatının 31-ci tur matçında "Sanderlend" üzərində qələbə qazanıb.

Şekspir İngiltərə Premyer Liqasının tarixinə düşüb

İctimaifikir.az report-a istinadən xəbər verir ki, Lester şəhərinin "Kinq Pauer - Uolkers" stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.

Beləliklə, "Lester" Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanıb. Onların hamısı baş məşqçi Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra qazanılıb.

Komandanın məşqçisi Kreyq Şekspir Premyer Liqa tarixində turnirdə karyerasına ardıcıl 5 qələbə ilə başlayan üçüncü məşqçi olub.

 

2009-cu ildə bu nailiyyəti Karlo Ançelotti ("Çelsi"), 2016-cı ildə isə Xosep Qvardiola ("Mançester Siti") qazanıb.




[email protected]