Cəlilabadda qətl törədilib

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb. Kənd sakini Əli Xanbaba oğlu Əliyev aralarında yaranmış mübahisə zəminində həmyerlisi Nemət Eldar oğlu Astanovu çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisəni törədən Ə. Əliyev saxlanılıb.



Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


[email protected]