Qazaxıstanda 6,3 bal gücündə zəlzələ olub

Qazaxıstanda ötən axşam 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

  

İctimaifikir.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 21.07-də qeydə alınıb. Zəlzələnin episentri Ust-Kamenoqorskdan 352 km aralıda, Almatıdan 732 km şimal-şərqdə, yerin səthindən 10 km dərinlikdə qeydə alınıb. Təkanlar Zaysanda 5-6 bal, Ust-Kamenoqorskda isə 3-4 bal gücündə hiss olunub.

 

Dağıntılar barədə hələlik məlumat yoxdur.




[email protected]