Uşaq üstündə savaşan iki ailə silaha əl atdı: 6 yaralı

Türkiyənin Şanlıurfa rayonunda silahlı qarşıdurma olub.

 

İctimaifikir.az-ın Musavat.com-a istinadən məlumatına görə, atışma nəticəsində ikisi polis olmaqla 6 nəfər yaralanıb. Məlumata əsasən, hadisə Kamberiyə məhəlləsində baş verib. Uşaqları üzündən bir-biri ilə dalaşan iki ailə sonra barışmaq üçün bir araya gələndə, bu dəfə silahlı qarşıdurma yaşanıb. Belə ki, ailələr bir-birlərinə atəş açmağa başlayıblar.

 

Atışmada 6 nəfər yaralanıb, onlardan ikisi silah səsini eşidib hadisə yerinə polislər olub. Xəstəxanaya aparılan polislərdən birinin yanağından, digərinin isə ayağından yaralandığı, vəziyyətlərinin normal olduğu bildirilib.




[email protected]